Bakıda dörd marşrutun hərəkət sxemi dəyişdirilir


Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bildirilib ki, bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, Xudu Məmmədov küçəsi Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib:

- M2 nömrəli ekspres marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Ukrayna dairəsi - Vunqtau küçəsi - Sadıqcan küçəsi - Xudu Məmmədov küçəsi - Məhəmməd Hadi küçəsi, daha sonra öz sxemi üzrə;

- M1 və M6 nömrəli ekspres marşrutlar “Həzi Aslanov“ metrostansiyası istiqamətində Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi, daha sonra geriyə dönmə manevri etməklə öz sxemi üzrə;

- 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Gəncə prospekti - Vunqtau küçəsi - Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi, daha sonra geriyə dönmə manevri etməklə öz sxemi üzrə hərəkət edəcək.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu