Qayda budur: “...Ermənilər bizim qanunlarla yaşamalıdırlar”

“Sadə şərtlərimizlə razılaşmasalar, Azərbaycanda yaşaya bilməzlər. Bu, bütün dövlətlər üçün keçərlidir”

“Bunlar tədricən həll olunacaq. Lakin təxribatlar davam edərsə, hər an cavab verməyə hazır olmalıyıq”

Qarabağda doğulan ermənilərin yeni pasportlarında doğum yeri artıq Azərbaycan yazılmağa başlanılıb. Bununla bağlı müvafiq foto da sosial şəbəkələrdə yayılıb.
Məlumdur ki, Vətən savaşı başa çatdıqdan sonra Qarabağdakı bəzi proseslər cəmiyyətimizdə narahatlıq doğururdu. Məsələn, bölgədə hansı vətəndaşlığın olacağı, pul vahidi və.s.



“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasına görə, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını və ölkəmizin pasportunu qəbul etməlidirlər:

“Sadə şərtlərimizlə razılaşmasalar, Azərbaycanda yaşaya bilməzlər. Bu, bütün dövlətlər üçün keçərlidir. İstənilən ölkədə hansısa azsaylı xalq həmin dövlətin qanunları ilə yaşamalı, pasportlarını qəbul etməlidirlər.

Bunu rədd edənlər ölkədən çıxarılır. Eyni durum Azərbaycan üçün də keçərlidir. Kim Azərbaycan qanunları ilə yaşamaq istəmirsə, ərazilərimizdən çıxmalıdır”.

E.Şahinoğlu qeyd edib ki, pasportda doğum yeri olaraq Azərbaycan adınnı yazılması çox normaldır, belə də olmalıdır:

“Sadəcə bizə bir qədər qəribə gəlir. Çünki Qarabağdakı ermənilər uzun illər separatçılıqla məşğul olublar. Amma indi hər şey öz qaydasına düşür. Ölkəmiz torpaqlarının böyük əksəriyyətini azad etdi.

Ermənistanın indiki baş naziri keçmişdə təxribatlar törədib, Şuşada yallı getsə də, indi başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır.

Ona görə də bu məsələlər tədricən həll olunacaq. Lakin təxribatlar davam edərsə, hər an cavab verməyə hazır olmalıyıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu