Deputat da narazıdır: “Çörəyin qiymətini artırmaq...”

“Düzdür, benzinin və suyun qiyməti təsir edibsə, artım ola bilər”

“Lakin xaricdən məhsulu götürüb, Azərbaycanda satırsansa, qiymət niyə bahalaşmalıdır ki?”

“İnsanları da məhsulların qiymətinin artması çox narahat edir”

Son vaxtlar ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Əhali də bu durumdan olduqca narazıdır. Çünki dünən daha aşağı qiymətə aldıqları bir məhsul, sabah baha ola bilir. Məsələn, yağın, “Coca-cola” içkisinin, qablaşdırılmış qatıqların, çayın, yuyucu tozların, şəkər tozu və digər məhsulların qiyməti artırılıb. Bəs pandemiyanın bütün sahələrə təsir etdiyi, insanların maddi sıxıntılar yaşadığı bir zamanda məhsulların qiymətini artırmaq düzgündürmü?

Mövzu haqqında “ Sherg.az”a danışan iqtisadçı, millət vəkili Vahid Əhmədov qiymət artımının olduğunu təsdiqləyib:

“Xüsusilə də yanacağın və suyun qiymətindəki artım digər mallara da təsir göstərib. Bundan sonra obyektiv bahalaşma oldu. Subyektiv bahalaşma da mövcuddur. Məsələn, xaricdən gətirilən məhsulların qiyməti də artırılır. Məsələ ilə bağlı İqtisadiyyat nazirliyi, Qida Təhlükəsizlik Agentliyi monitorinqlər aparırlar.

Görünür, bütün məhsullara nəzarət etmək mümkünsüzdür. Hətta qısa müddət öncə çörəyin də qiymətini artırmaq istəyirdilər. Baş nazir qərar imzalayaraq, bu halın qarşısını aldı.

Şübhəsiz ki, sahibkarlar özləri də başa düşməlidirlər.

Düzdür, benzinin və suyun qiyməti təsir edibsə, artım ola bilər. Lakin xaricdən məhsulu götürüb, Azərbaycanda satırsansa, qiymət niyə bahalaşmalıdır ki?

İnsanları da məhsulların qiymətinin artması çox narahat edir, bizə də müraciətlər gəlir. Fikrimcə, nəzarət mexanizmini gücləndirmək lazımdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu