Ermənistanda durum: Vəziyyət nəzarətdən çıxıb  Müdaxilə izi... 

“Hadisələrin davamlı ssenari ilə irəliləməsinin arxasında bəzi dairələr var”

“Son qərarı da məhz həmin qüvvələr verəcək, erməni əhalisi yox”


Ermənistandakı böhranlı vəziyyət davam edir. Günlərdir ölkədə keçirilən etiraz aksiyaları səngimək bilmir. Növbəti aksiyanın 2 gün sonra baş tutacağı deyilir. Ehtiyatda olan hərbçilər martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.

“Sputnik Armeniya”nın məlumatına görə, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib. Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir. Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar.



Düşmən ölkədəki mövcud durumu “Sherg.az”a dəyərləndirən politoloq Həsrət Rüstəmov vurğulayıb ki, Ermənistan daxilində vəziyyət olduqca mürəkkəbdir:

“Siyasi durum nəzarətdən tamamilə çıxıb. Amma hadisələrin kənardan idarə olunduğu açıq-aydın ortadadır. Ermənistanda hərbçilər və mülki əhalinin etirazlarının arxasında xaricdəki qüvvələrin dayandığı şübhə doğurmur.

Təbii ki, müharibədə məğlub olmaq erməni xalqının qəzəbinə səbəb olub. Lakin hadisələrin davamlı ssenari ilə irəliləməsinin arxasında bəzi dairələr var.

Son qərarı da məhz həmin qüvvələr verəcək, erməni əhalisi yox. Ermənistan hərbi və iqtisadi, bir çox hallarda isə siyasi baxımdan Rusiyanın təsiri altındadır. Ona görə də Moskvanın istəyi ilə hazırda bu ölkədə davam edən ssenarinin başa çatacağını güman edirəm”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu