İrana səfər etməyin şərtləri açıqlanıb

İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdır.

İran İslam Respublikasının Bakıdakı səfirliyindən “Report”a verilən məlumata görə, bununla əlaqədar müayinə və müalicə məqsədi ilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları İran İslam Respublikasnın Bakıdakı səfirliyinin Konsulluq şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.

Bu prosesdə bəzi şərtlər yerinə yetirilməlidir:

- İrana getmək məqsədi ilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidir.

- Giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PZR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidir.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269.

Telefonlar: +99412-433-03-11, +99412-434-19-76.

Qeyd edək ki, daha əvvəl əcnəbi vətəndaşların İrana səfər etməsinin qaydaları açıqlanmışdı.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu