Həkimlər də şok oldu

Mədəsindən 890 qram narkotika çıxdı

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Van şəhərindən avtobusla Ankaraya gələn iranlı Zadeh Ahmed Narzivehin avtobus dayanacağında qəfildən halı pisləşib. Halının pisləşdiyini görən insanlar onu xəstəxanaya yerləşdirib.

Həkimlərin müdaxiləsi zamanı  onun mədəsindən çıxanlar hər kəsi şoka salıb. Əməliyyat zamanı mədəsindən  72 kapsul narkotik maddə aşkarlanıb. Gördükləri mənzərədən təəccüblənən həkimlər vəziyyəti polisə bildirib. Gələn polis qrupları tərəfindən edilən araşdırmada 890 qram narkotik maddənin metamfetamin olduğu təyin olunub. Narziveh 5 günlük müalicədən sonra Narkotiklə Mübarizə İdarəsinin qrupları tərəfindən tutularaq polisə aparıldı. İstanbuldan Vana getdiyi və oradan 10 gün əvvəl oradan Ankaraya gəldiyi bilinən şübhəli Narziveh susmaq hüququndan istifadə edərək polisə açıqlama verməyib. İstintaq davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu