Ölümə də çarə tapdılar

Yeni üsul insanları gələcəkdə istədikləri bir tarixdə yenidən oyandırılır

Ölümsüz olmaq arzusu insanların ən gizli istəklərindən biridir. Ancaq qeyri-mümkün görünən bu istəyi bir addım daha gerçəkləşdirmək mümkün ola bilər. Çünki yeni bir texnoloji metodla minlərlə insan gələcəkdə oyanmaq üçün bədənlərini dondura biləcək!
"Kriyoprezervasiya" adlanan üsulla insan bədəni çox aşağı bir temperaturda dondurulur və bu bədənlər  gələcəkdə istədikləri bir tarixdə yenidən oyandırılır.

Bu üsul tamamilə yeni bir ixtira deyil. Eradan əvvəl yeməklərin təravətini qorumaq üçün buzlu evlərdə saxlanılırdı. 17-ci əsrdə filosof Robert Boyle canlı heyvanları dondurmağa çalışdı. Həm də bu işdə qismən uğurlu oldu.

Ancaq kəşf edilən bu yeni metod insana ölümsüzlük vəd edir.

Kriyopreserv metodu bədəni mənfi 196 dərəcəyə qədər soyudaraq bütün hüceyrələri, toxumaları və orqanları donduraraq qoruyur.
Bu metodla dondurulmuş cismlərin min ilə qədər qorunub saxlana biləcəyi təxmin edilir.

Onsuz da bu texnologiya ilə özünü dondurmaq istəyən minlərlə insan var. Onların arasında məşhur bitkoin milyonerləri və beyzbol oyunçularından çox tanış simalar var.

Ağarza

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu