Azad olunmuş ərazilərlə bağlı yeni işçi qrupu yaradılıb - RƏSMİ


İşğaldan azad edilmiş rayonlarda özünüməşğulluq proqramının fəaliyyəti ilə bağlı agentlik çərçivəsində xüsusi işçi qrupu yaradılıb”.

Oxu.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan və sərhədyani ərazilərdə özünüməşğulluq proqramının fəaliyyəti ilə bağlı tədbirlər planı təsdiq olunub:

“Bu plan çərçivəsində işğaldan azad olunan, sərhədyani ərazilər və düşmən terroru nəticəsində əziyyət çəkən Gəncə, Bərdə və Tərtər şəhərləri üzrə xüsusi tədbirlər planı var. Özünüməşğulluq, ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin böyük hissəsi bu regionlar üzrə nəzərdə tutulub”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu