“Baklift-2”nin sabiq rəisinə şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Ü. Aslanova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və şərti cəza verilib.
Qeyd edək ki, Ü. Aslanov barəsində cinayət işinin istintaqı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 139 741 manat pul vəsaitini mənimsəyərək talamaqda ittiham edilib. Ü. Aslanov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu