“Rəsmi Bakı qəti qərar verdi”

Azərbaycan hərbçiləri altı həftəlik təlim üçün Türkiyəyə gediblər. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində yazıb:
“Can Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı ilə birlikdə çalışmağa davam edirik. 6 həftəlik komando təlimləri üçün İspartaya gələn Qəhrəman Azərbaycan Ordusundan olan qardaşlarımızı hava limanında qarşıladıq”.

Məlumdur ki, bundan əvvəl də iki qardaş ölkə arasında birgə təlimlər keçirilmişdi. “Qars-2020” təlimləri Azərbaycan- Türkiyə dostluğunu bir daha bütün dünyaya göstərdi. Əlbəttə, bu dəfəki təcrübə mübadiləsi bütün dünyaya, o cümlədən bizi istəməyənlərə göz dağı olacaq.



Türkiyəli hərbi ekspert, ehtiyatda olan general Osman Qazi Kandemir birgə təlimlərin əhəmiyyəti barədə “Sherg.az”a danışdı: 

“Əslində bizim əlaqələrimiz həmişə- 1992-ci ildən üzü bəri olub.  Azərbaycan zabitləri Türkiyədə, bizim gənclərimiz isə qardaş ölkədə təhsil alıblar. Hətta şəhid Aqşin İbadov mənim tələbəm olub.

Sadəcə müstəqilliyin ilk illərində Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə hərbi əməkdaşlıq edir, belə demək mümkünsə, iki dövlət arasında gedib-gəlirdi.

İkinci Qarabağ müharibəsindən sonra isə rəsmi Bakı qəti qərar verdi. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə silahlı qüvvələrinin kiçik modelini yaratmaq lazımdır.

Beləliklə, birgə təlimlər başlandı. Bundan sonra oxşar təcrübə mübadilələri daha çox olacaq. Vətən müharibəsi bunun üçün zəmin, həlledici nöqtə rolunu oynadı.

Əlbəttə, birgə təlimlərin keçirilməsindən hər iki dövlət-həm Türkiyə, həm də Azərbaycan məmnundur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu