Xeyrəddin Qoca: “YAP-dakı dəyişikliklər çox mühüm idi”

Vüqar Rəhimzadə: “Bu dəyişikliklər partiyanın çevik idarəçilik sisteminə mühüm töhfələr verəcək”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeddinci qurultayı keçirilib. Qurultayda bir neçə partiyanın YAP-a birləşməsi qərarına baxılıb. Həmçinin təşkilatın İdarə Heyətinin tərkibi də yenilənib. YAP İdarə Heyətinin sədri Prezident İlham Əliyevdir. 
Baş nazirin müavini Əli Əhmədov isə sədr müavini olaraq qalıb. 

Qeyd edək ki, yeni İdarə Heyətinin üzvlərinin sayı 40 nəfərdən ibarətdir.

YAP-ın yaradıcılarından olan yazıçı, publisist Xeyrəddin Qoca “Sherg.az”a qurultayda iştirak etdiyini söyləyib:

“Bir az olar ki, qurultaydan çıxdım. Cənab Prezident çıxış etdi, mühüm məsələlər müzakirə olundu. Eyni zamanda İkinci Qarabağ müharibəsində əldə etdiyimiz nailiyyətlərdən danışdıq. İlk dəfə idi ki, Veteranlar Şurası yaradıldı və bu Şuraya da üzvlər seçildi. YAP-dakı dəyişikliklər çox mühüm idi”.



Qurultayda qəbul edilən yeni qərarları “Sherg.az”a dəyərləndirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qurultayda iştirak etmədiyini bildirib:

“YAP-dakı yeni dəyişiklikləri çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu dəyişikliklər partiyanın çevik idarəçilik sisteminə mühüm töhfələr verəcək. Yeni yaradılan heyət və müvafiq qərarların verilməsi çox vacib və lazımlı idi”.

 
--

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu