Ermənistan prezidenti müxalifət liderləri ilə görüşmək istəyir

Ermənistan prezidenti Armen Sarkisyan mart ayının 7-də müxalifət nümayəndələri ilə görüşmək istədiyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələr birliyi – müxalif “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Sağatelyan deyib.

“Bizə bildirildi ki, prezident hərəkat rəhbərləri ilə yenidən görüşmək istəyir”, - deyə Sağatelyan bildirib.

Onun sözlərinə görə, əvvəlki görüş zamanı müxalifət öz mövqeləyi təqdim edib və Baş Qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb: “Hələlik yekun cavab almamışıq, bazar ertəsi gününə qədər müddətimiz var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etmək məcburiyyətindədir, əks halda ölkədəki vəziyyət və sonrakı nəticələr üçün şəxsən məsuliyyət daşıyacaq”.

Siyasətçi, həmçinin Baş Qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.

Qeyd edək ki, prezident Baş Qərargah rəisinin istefası ilə bağlı fərman imzalamaqdan imtina edib və həmçinin fərman layihəsini Konstitusiya Məhkəməsinə də göndərməyib. Bu isə avtomatik istefanı nəzərdə tutur.

Prezidentin mətbuat xidmətindəb bildirilib ki, A.Sarkisyan Konstitusiya Məhkəməsində fərman layihəsinin özünə deyil, Silahlı Qüvvələrdə kadr məsələlərini tənzimləyən “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəalarına etiraz edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu