Kraliça hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq


 Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.

Sherg.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Mail Online” nəşri məlumat yayıb.

“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.

Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.

Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu