Dünya türk qızdan danışır: Təcavüzkara elə dərs verdi ki... 

Dünya Cənubi Koreyada yaşayan qəhrəman türk Rəbiyədən danışır. Cənubi Koreyanın paytaxtı Seulda gənc bir qızı cinsi təcavüzdən qurtaran və təcavüzkarı tutaraq polisə təslim edən Türkiyə vətəndaşı Rəbiyə Şirin yerli mətbuatda böyük səs yaradıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, Cənubi Koreyada qəhrəman elan edilən Rəbiyə, yaşanan qorxu dolu anları danışıb.

Fevralın 17-si axşamı Seulun Songpa səmtində iş mərkəzində baş verən hadisədə, bir nəfər tualetə qədər izlədiyi 20 yaşlı gənc qıza təcavüz etməyə cəhd edib. Hadisə yerinə çox yaxın  restoranda işləyən 25 yaşlı Rəbiyə Şirin və müdiri qızın qışqırıqlarını eşidər - eşitməz köməyə qaçıb.
Xeyli çəkişmədən sonra qızı təcavüzkarın əlindən qurtaran Rəbiyə Şirin, sərxoş təcavüzkarın qaçmasına da maneə olaraq onu polisə təslim edib. Şəxsiyyəti açıqlanmayan 30 yaşlı təcavüzkar nəzarət altına alınıb.

Ailəsinin yaşadığı Belçikadan Cənubi Koreyanın paytaxtı Seula gedən və burada Mstate binasındakı Kpub adlı restoranda çalışan Şirin, hadisə günü məkanı bağlamağa hazırlaşdıqlarını bildirir.

Baş verən hadisə ətrafdakı bir iş yerinin təhlükəsizlik kamerasına da əks olunub. Cənubi Koreyada mətbuat mənsublarının marağına səbəb olan Şirin açıqlama verib.  Hadisənin baş verdiyi zaman iş yerində yemək yediyini bildirən Şirin, çöldən birinin "məni qurtarın" deyə bağırıb kömək istediyini eşidir: 



"Səsin haradan gəldiyini anlamaq üçün qapıya qaçdım. Saat 22.00 radələrində orada ümumiyyətlə heç kim olmur. Qızın bizim 20 metr yaxınlığımızda olduğunu gördük. Dərhal yanına qaçdıq. Qızın ayağında ayaqqabısı yox idi. Saçı yolunmuş halda idi. Özü də axsayırdı. Biz yaxşnlaşar, yaxınlaşmaz  qız adamın əlindən qaçıb liftə mindi. Adam da arxasından getmək istədi. Təcavüzkarı yerə sərdik. Müdirim polisi axtardı. Polisi axtardığımızı eşidən adam qaçmağa çalışsa da aman vermədik. Onu təsirsiz hala gətirə bildik. Polis gəib adamı həbs edib, apardı."



Rəbiyə Şirin, təcavüzkarı təsirsiz hala gətirdikdən sonra dərhal təsəlli vermək üçün gənc qızın yanına getdiyini deyir. 25 yaşlı Şirin hadisədən dərhal sonra ölkə mətbuatının gündəmi olur və Cənubi Koreya qəzet və televiziya kanallarında geniş əks-səda doğurur.

Şirin, "İstəyirəm bu hadisə dünyanın hər yerindən eşidilsin, çünki çox yerdə qadına şiddət göstərilir. Buna kimsənin səsi çıxmır. Qadına şiddət göstərən də bir yol tapıb işin içindən sıyrılır. Kim olursa, olsun, bir qadına şiddət göstərilirsə nəsə etmək lazımdır. Şiddətlə heç bir yerə çata bilmərik. Sevgi, mərhəmət  göstərib yolumuza davam etməliyik" deyə bildirib.

Songpa Polis Mərkəzi isə Şirinə "Polislə əməkdaşlıq edib, təcavüzkarın həbs olunmasına yardım etdiyinizə görə çox məmnunuq" ifadəsinin yer aldığı təşəkkürnamə təqdim edib.

 Cənubi koreyalılar da ictimai media platformalarında hadisə ilə bağlı paylaşılan videolara şərhlər yazaraq Şirini təbrik ediblər.

Hadisədən sonra Türkiyənin Seuldakı səfiri Ersin Erçin, Şirini səfirliyə dəvət edərək nümunə davranışı səbəbiylə ona təşəkkür edib. Səfir Rabiyəyə Türk Hava Yolları ilə (THY) Türkiyəyə gediş-gəliş təyyarə bileti hədiyyə edib. Ayrıca səfirlik, Şirinin Cənubi Koreyada bir universitetdə burslu təhsil alması üçün də işlərə başlayacaq.

Türkiyənin Seuldakı səfirliyi ictimai media hesabında hadisə ilə bağlı  bu sözlərə yer verib:

"17 fevral gecəsi Koreyalı gənc bir qızı təcavüzdən qurtardıqdan sonra təcavüzkarı tutaraq polisə təslim edən vətəndaşımız Rəbiyə Şirinin göstərdiyi qəhrəmanlıq bizi qürurlandırmışdır. Səfir və səfirlik mənsubları Rəbiyə ilə şəxsən görüşərək ona mükafat veriblər".

Turan

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu