Yasamalda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 500 m² olan idman zalının ərazisində buxar otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Digər otaqlar və idman zalı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu