Yasamalda dava: Bıçaqlanan yaralı xəstəxanaya çatdırılıb

Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Xosrov oğlunun tanıdığı şəxslərlə mübahisəsi düşüb. Mübahisə davaya çevrilib və sonda M. Vüsal bıçaqlanıb.

Yaralı şəxs xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qolunda üç ədəd kəsilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu