"Yuventus"  "Latsio"ya qalib gəlib


Bu gün futbol üzrə İtaliya çempionatının 26-cü turu çərçivəsində "Yuventus" doğma meydanda "Latsio"nu qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Yuventus"un heyətində qolları Adriyen Rabyo (39-cu dəqiqə) və Alvaro Morata (57-ci və 60-cı dəqiqələr) vurublar. Qonaqların heyətində yeganə qolun müəllifi 14-cü dəqiqədə Hoakin Korrea olub.

Qeyd edək ki, 26 turdan sonra "Yuventus" 52 xalla turnir cədvəlində üçüncü yerdə, "Latsio" isə 43 xalla yeddinci yerdə qərarlaşıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu