Bakıda fəhlənin  qolu amputasiya olundu


Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

Sherg.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu