"Şimali Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini ilk öncə tanımalıyıq" - Politoloq 

"Bu, qardaş Türkiyənin də mövqeyini gücləndirəcək"

“Azərbaycan məlum Qarabağ probleminə görə uzun illər dost və qardaş ölkələrin nəzarət dairəsində olan “mübahisəli” problemlərinə neytral mövqedən yanaşmağa məcbur qalırdı”. 

Bu barədə “Sherg.az”a politoloq Azər Qasımov deyib. 

Ekspert bildirib ki, artıq Türkiyənin "yavru vatan" dediyi Şimali Kıbrısın tanınması, Pakistanın Kəşmir ərazisi, eləcə də, Kosovanın müstəqilliyi ilə bağlı konkret mövqe bildirməyin vaxtıdır: 

“Məlum idi ki, indiyədək bu problemlərə Qarabağ məsələsinə təsir göstərə, erməni separatçılarına bir növ siyasi qazanc verə bilər deyə neytral qalırdıq. Prezidentimizin də ifadə etdiyi kimi artıq belə bir problemimiz yoxdur. Ona görə biz də Şimali Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini ilk öncə tanımalıyıq və diplomatik əlaqələr qurmalıyıq. Bu, qardaş Türkiyənin də mövqeyini gücləndirəcək. Şübhə yox ki, Ankaranın da bizdən gözləntisi bu yöndədir. Sonrakı vəziyyətə görə digər problemlərə də öz mövqeyimizi bildirməliyik. Necə ki, artıq Pakistanın Kəşmir məsələsində haqlı olduğunu və Pakistan torpağı olduğunu ilk dəfə ifadə etmişik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu