2 min yaşı olan dörd təkərli mərasim avtomobili tapılıb

2 min illik tarixə malik olan dörd təkərli mərasim avtomobili tapılıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, mərasim avtomobili İtaliyanın Pompey şəhərində sönmüş lavada aşkarlanıb. Araba demək olar ki, uzunillər keçməsinə baxmayaraq heç bir zərər görməyib. Arxeoloqlar onu bənzəri olmayan bir kəşf kimi xarakterizə ediblər. 2000 illik dörd təkərli mərasim arabası Civitadakı köhnə bir villanın tövlələrinin yanında tapılıb.



Vulkan püskürməsindən sonra Pompey şəhərinin yaxınlığında bu tip tapıntının ilk olduğunu söylənilib. Pompei arxeoloji sahəsinin keçmiş direktoru Massimo Osanna ərazidə daha əvvəl nəqliyyat vasitələri tapdıqlarını, ancaq ilk dəfə belə bir şeyi kəşf etdiklərini söyləyib.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu