Nəhəng meymunla ölüm haqqında söhbət aparılıb: Nəticə şok yaradıb

Bir müddət hər kəsin sevimlisi olmuş Koko adında qorillaya insanlarla ünsiyyət qurması üçün işarə dili öyrədilmişdi. 

“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bir reportajda Kokonun məşqçisi və ən yaxın dostu Frankin Pattersondan Koko ilə söhbətlərinin nə qədər dərinləşə biləcəyi soruşulmuşdu. 



Frankin qorillanın ən maraqlı dialoqunu bu cür olduğunu demişdi:

“Koko baxıcılarından biri ilə ölüm haqqında söhbət etməyə başladı. Nəzarətçi Kokoya bir skelet göstərib “Bu diridir, yoxsa ölü?” deyə soruşdu. Koko isə cavabında “ölü, örtülü” dedi. 



Daha sonra baxıcı “Heyvanlar öləndə hara gedirlər?” sualını qorillaya ünvanladı. Kokonun bu suala cavabı isə belə oldu: “Rahat bir çuxura”. 

Kokonun cavabı bir çox insanı təəccübləndirdi və fəlsəfi müzakirələrə səbəb oldu. Çünki Koko adlı nəhəng meymunla ölüm barəsində ilk dəfə söhbət aparılırdı və heç kim ona cəsədlərin torpağa basdırıldığını göstərməmişdi. Ən maraqlısı isə odur ki, ölümlə bağlı dialoq Kokonun son söhbəti oldu. Yəni Koko adlı meymun “rahat çuxur” ifadəsindən sonra həyata gözlərini yumdu.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu