20 nəfərlik kütləvi məzarlıqlar görənləri dəhşətə gətirib

İraqın Səlahəddin vilayətinin cənubunda kütləvi məzarlıqlar aşkarlanıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, 20 nəfərlik kütləvi məzarlıqlar görənləri dəhşətə gətirib.

Səlahəddin Polis Şöbəsindən kapitan Ahmet Ekrem açıqlamasında bildirib ki, məzarlıqlar kəndin yaxınlığındakı bir çöl ərazidə aşkarlanıb. Cəsədlərin çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb. Onların kimlər tərəfindən öldürüldüyünün naməlum olduğunu bildirən Əkrəm, bəzi cəsədlərdə döyülmə və güllə izləri olduğunu qeyd edib. Hadisənin terror təşkilatı DAEŞ tərəfindən törədildiyi güman edilir.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu