Narazıdır, "Liverpul"u tərk edəcək: Salah Kloppla yola getmir

"Liverpul"un futbolçusu Məhəmməd Salah klubdan gedə bilər.

Qol.az AS-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə baş məşqçi Yurgen Kloppun arasında münasibətlər yaxşı deyil. Almaniyalı mütəxəssis Premyer Liqanın son turunda "Çelsi" ilə matçda da futbolçunu 61-ci dəqiqədə əvəzləyib. Bu, nəinki Salahın, azarkeşlərin də narazılığına səbəb olub.

Misirli oyunçu ilə "Barselona" və "Bavariya" da yaxından maraqlanır. Həmçinin o, daha əvvəl açıqlamasında İspaniyanın ən güclü komandalarından birində çıxış edə biləcəyini deyib.

Qeys edək ki, Salanın "mersisaydlılar"la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu