Ruslar Bodruma 300 milyon dollarlıq yatırım qoyub 

“Çelsi” futbol klubunun sahibi Roman Abramoviç başda olmaqla digər məşhurlardan  iş adamı Aleksandr Stevakov, Ukrayna prezidenti Vladimir Zelenski, rusiyalı müğənni Natalya Lonova istirahət və əlbəttə ki qazanc yeri kimi Bodrumu seçib. Bodrum bələdiyyə başqanı Əhməd Aras rus və ukraynalı media fenomenlərini bir araya gətirərək mühüm açıqlamalar verib. Bələdiyyə başqanı bildirib ki, ruslar Bodruma 300 milyon dollarlıq investisiya yatırmağı planlaşdırır. 
 
Başqan deyib ki, Bodrum dünyaca məşhur Sant-Trope və Kann turizm mərkəzləri ilə yarışır. Ötən il Bodruma gələn turistlər arasında ən çox rusiyalılar və ukraynalılar olub. Onların bir çoxu Bodrumda yatırım qoyaraq burada yaşamağa başlayıb.



Ukraynalılarsa, qısası “Bodrum aşiqi”dirlər. Burada yaşamağa qərar verənlərin sayı diqqət çəkən bir şəkildə artmağa başlayıb. 1200 Rusiya vətəndaşı Bodrumda mənzil alıb. 1000-dən artıq da ukraynalı həm mənzilə sahibləniblər, həm də yatırım qoyublar. İllərdir dünyaca məşhur isimlər lüks yaxtalarıyla Bodruma gəlir. Məsələn, Roman Abramoviç demək olar hər il tətilini Bodrumda keçirir. Abramoviçdən savayı Viktor Paşnikov, Aleksandr Abramov kimi tanınmış milyarderlər  Bodrumun önəmli ziyarətçiləri sırasındadır. Siyasət və sənət dünyasının ünüləri də Bodrumu seçir. Ukrayna pezidenti Zelenski ötənilki seçimlərdən dərhal sonra stress atmaq üçün Bodruma gəlmişdi.  Ruslar və ukraynalılar Bodrumu o qədər sevir ki, “haralısınız?” sualına “bordurluyuq” cavabını verirlər. Bodrumun daha bir üstünlüyü burada Avropaya sadəcə 30 dəqiqəyə gedə bilməkdir. Turistlər bu amili də nəzərdən qaçırmır. Bodrumdan dünyanın müxtəlif ölkələrinə səfər etmək asan olduğu üçün iş adamları bu imkandan yararlanır.  Tanınmış rus brendləri və restoranları Bodrumda şöbələrini açır, turizm sektoruna yatırım edirlər. Hazırda söhbət 300 milyon dollarlıq yatırımdan gedir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu