İvanişvilinin iqamətgahının önünə kukla gətirdilər, qarşıdurma yaşandı - FOTO

Bir qrup aktivistlər və siyasi fəallar Gürcüstan parlamentinin önündən Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.

Sherg.az "24News.ge"yə istinadən  xəbər verir ki, İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Etirazçılar iqamətgaha gedən yolda divara "Qatillər" yazmaq istəyib polis isə buna icazə verməyib, bundan sonra polislə etirazçılar arasında sözlü və fiziki qarşıdurma yaşanıb.

Etirazçılar həmçinin Bidzina İvanişvilinin iqamətgahının önünə taxta kukla gətirərək, Qaribaşvilini İvanişvilinin kuklası adlandırıblar.





Xatırladaq ki, etirazçıların tələbləri Nika Melianın azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Onlar həmçinin TV Pirveli tərəfindən yayımlanan səs yazılarında iştirak edənlərə qarşı qanuni əməliyyat keçirilməsini və baş nazirin istefasını tələb ediblər.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu