MƏŞHURLAR: Putinin oxumağa marağı olmasa da, çox güclü yaddaşı olub

Bu foto 1960-cı ildə çəkilib. Vladimir Putin sinif yoldaslarının əhatəsindədir. 

Putinin dediklərinə görə, o məktəb illərində çox dəcəl olub. İlk vaxtlar oxumağa marağı olmasa da, lakin, çox güclü yaddaşı olub. Həmçinin onun uşaqlıq illərində idmana da xüsusi marağı olub.

Vladimir Putin bu gün çatdığı məqamına görə hüquq professoru Anatoli Sobçaka borcludur. Sobçak Leninqrad (Sankt-Peterburq) Universitetində Putinin müəllimi olub. Sovet İttifaqı dağıldıqdan sonra isə onu əvvəl universitetə çağırıb. Sonra da Sankt- Peterburqun meri olanda Putini müavini təyin edib. O, daima Putinə məsləhət verməkdə davam edib.

***

Putin şənbə və bazar günləri də işləyir. Stalindən sonra ən çox işləyən lider olduğu deyilir. Həmçinin Rusiyanı ən çox gəzmiş dövlət başçısıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu