Burada olduqca az insan yaşayır

Şimal işıqlarına doğru füsunkar bir səyahət 

Farer adaları Atlantik okeanının şimalında yerləşən adalar toplusudur. Bu adalar soyuq və çiskinli havasıyla tanınır. Farer adaları fotoqrafların ən sevimli marşrutları arasında yer alır. Burada olduqca az insan yaşayır.



Sherg.az xarici media istinadən xəbər verir ki, Farer adaları 1948-ci ildə Danimarka sayəsində muxtariyyət statusu alıb. Qoyunlarıyla məşhur olan adalar Danimarkadan 1600 kilometr məsafədə yerləşir və bura 18 ada daxildir.



Danimarkanın tərkib hissəsi olan adalarının rəsmi dili Farer və Danimarka dilləridir. Pul vahidi isə Farer Kronudur.

Qoyunçuluqla məşhur olan bu diyarda həmin canlılara əhəmiyyətli dərəcədə önəm verilir. Bölgənin ən vacib gəlir mənbəyi olan qoyunçuluq iqtisadiyyata olduqca böyük töhfə verir.

İl boyu soyuq iqlimin hökm sürdüyü bu yerlərdə yay fəslini sadəcə bir neçə həftə görmək olar.  Ən yüksək temperatur isə 20 dərəcəni aşmır. 

Özünəxas təbiəti olan Farer adaları, adətən yağışlı və çiskinli havasıyla insanları heyran edir. Adalar fotoqraflarla yanaşı, fərqli bir tətil istəyən  romantik cütlükləri də özünə cəlb edən bir yerdir. 

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu