ABŞ-da silsilə oğurluqlar törədən 12 yaşlı yeniyetmə həbs olundu


ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 12 yaşlı yeniyetmə silsilə avtomobil oğurluqları ittihamı üzrə həbs edilib.

Sherg.az “Report”a istinadən xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin Polis İdarəsi bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, tapançayla silahlanmış iki nəfər bir saat ərzində dörd dəfə oğurluğa cəhd edib. Cinayətkarlar sürücülərə yaxınlaşaraq onları silahla hədələyiblər və nəqliyyat vasitələrini tərk etməyi və açarları verməyi tələb ediblər. Sürücülərdən ikisi onlara tabe olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 12 yaşlı yeniyetmə oğlan həmin axşam həbs olunub və ona qarşı ittihamlar irəli sürülüb. Digər şübhəli şəxs isə qaçıb. Hazırda polis onu axtarır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu