Qarqara ilə müəyyən edilən COVİD-19 testi yaradıldı

Türkiyəli alimlər qaraqara ilə müəyyən edilən koronavirus testi hazırlayıblar.

Axşam.az türk mediasına istinadən bildirir ki, ağız qaraqarası ilə müəyyən edilən testlərə xarici ölkələrdə böyük tələbat yaranıb.

COVİD-19 üçün burundan alınan test əvəzinə, ağızda edilən qarqaradan istifadə ediləcək. Bununla da, insanların virusa yoluxub-yoluxmadığı müəyyənləşdiriləcək.

Aparılan təcrübələr göstərib ki, bu metodla edilən testlər əvvəlkilərlə müqayisədə 20 faiz daha etibarlıdır. Hazırda testin istifadəsi üçün cavab gözlənilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu