Harri və Meqan kral ailəsinə qarşı “müharibə" başlatdı

Britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinə qarşı "müharibə" başladıb.

Axar.az xəbər verir ki, bu barədə “Sandey Tayms” məlumat yayıb.

Məlumata görə, kral ailəsi cütlüyün sabah ABŞ-ın SVS telekanalınıda nümayiş olunacaq müsahibəsinin məzmununu şərh etmədən "ləyaqətlə susmaq" niyyətindədirlər. Bu zaman müsahibədə konkret şəxslərin ünvanına ittihamlar səslənərsə, cavab hərəkətlərinin mümkünlüyü istisna edilmir.

"Cavab tənqidin kral ailəsinə və ya konkret insanlara ünvanlanmasından asılı olacaq. Kral ailəsi belə bir zərbəni qəbul edə və dayandıra bilər, lakin fərdi insanlar deyil. Müharibəni kral ailəsi deyil, Sassekslər (Haqqi və Meqanın hersoqluğu - red.) aparır”, - deyə kral ailəsinə yaxın mənbə bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu