92 yaşlı qadına təcavüz edib öldürdü - FOTO

Tükiyədə dəhşətli qətl hadisəsi baş verib.

Sherg.az unikal.org-a istinadən xəbər verir ki, Aydın ərazisində tək yaşayan 92 yaşlı Hanım Pınarlı evində qonşuları tərəfindən ölü tapılıb. Hadisəyə aidiyyatı qurumlar cəlb olunub. Qadının üzərində aparılan ekspertiza nəticəsində onun ölüm səbəbləri məlum olub.

Belə ki,  qadın 23 yaşlı qonşuluqda yaşayan oğlan tərəfindən cinsi təcavüzə məruz qalıb. Daha sonra o qadını boğaraq öldürüb. Polislər qısa zamanda cani şəxsi saxlayıblar. O, cinayəti etiraf edib. Həmçinin qadını öldürdükdən sonra o, evdən pul və ziynət əşyaları götürərək uzaqlaşdığını da bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu