Milyarder deputat helikopter qəzasında ölüb

Fransız millət vəkili və iş adamı Olive Dasso bazar günü Normandiyada helikopter qəzasında ölüb.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Twitter” səhifəsində yazıb. 
"Olive Dasso bir iş adamı və millət vəkili olaraq vətəninə xidmət etdi. Ölümü böyük bir itkidir”, deyə Makron vurğulayıb.
Qeyd edək ki, 69 yaşlı siyasətçi parlamentin aşağı palatasında sağçı Respublikaçıları təmsil edirdi. Onun sərvəti 5 milyard avrodur.
Helikopterin pilotunun da öldüyü bildirilib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu