“Pfizer”in rəhbəri İsrailə buraxılmadı


“Pfizer” şirkətinin baş direktoru Albert Burla İsrailə səfərini təxirə salmalı olub.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, buna səbəb onun COVID-19 əleyhinə vaksinasiya prosesini tamamlamamasıdır. Belə ki, A.Burla koronavirusa qarşı birinci peyvəndi vurdursa da, vaksinasiyanı tamamlamaq üçün ikinci dozanı hələ qəbul etməyib. Məhz bu səbəbdən İsrail tərəfi onu və nümayəndə heyəti üzvlərini ölkəyə buraxmaqdan imtina edib.

Səfərin baharın sonunadək təxirə salındığı bildirilib.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu “Pfizer” şirkətilə ölkədə vaksin istehsalı üzrə müəssisənin inşası barədə danışıqlar apardığını bəyan edib. Səfərin məhz həmin danışıqlar çərçivəsində baş tutacağı gözlənilir.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu