Təklif: “Bu ali məktəblərə tədqiqat universitetləri statusu verilsin”

Azərbaycanda tədqiqat universitetləri yaradılacaq. Bununla bağlı “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb.
Ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb.

Yeni qanunla bağlı “Sherg.az”a açıqlama verən təhsil üzrə mütəxəssis, professor  Şahlar Əsgərov bildirib ki, ölkəmizdə tədqiqat universitetlərinin yaradılması çox yaxşı ideyadır.

Ekspert vurğulayıb ki, ölkəmizdə təqribən 50-yə yaxın universitet var. Onların bəzilərinə təqdiqat universiteti statusunun verilməsi lazımlı haldır:
“Bu zaman ali təhsil sistemimiz çox yaxşı olacaq. 2 illik təhsil ocağı kimi kolleclər, 4 və 6 illik ali məktəblər, bir də milli tədqiqat universitetlərinə milli tədqiqat universitetləri adı veriləcək. Bu universitetlərə isə adi yox, ən intellektual müəllim və alimlər toplaşıb, böyük tədqiqatlar aparacaqlar”.

Ş.Əsgərovun sözlərinə görə, Rusiyada hər 20 universitetdən biri tədqiqat statusunu alıb:
“Azərbaycanda isə ən azı 50 universitetdən 3-4-ü bu statusu ala bilər. Tədqiqat universitetlərinə lazım olan iqtisadi yardım verilməsə, bunun heç bir əhəmiyyəti olmayacaq. Fikrimcə, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Tibb Universiteti, Texniki Universitet və Azərbaycan Dövlət İqtisad Universitetinə tədqiqat statusu verib, maliyyələşmə və kadr seçimini dəyişsək, çox əhəmiyyətli nəticələr alacağıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu