"Qarabağa gedəcəyini eşitdi, sonra gözlərini açdı" - Mənsum İbrahimov

"Azərbaycan incəsənəti üçün ağır itkidir. Rəmiş həm sənətdə, həm həyatda sözünü deyə bilən insan idi. Heç zaman həqiqəti deməkdən çəkinmirdi. Azərbaycan xalqı da sənətkarını çox sevirdi. Mənim Ağdamda yubileyim keçiriləndə Rəmiş də gəlmişdi. İnsanlar onu böyük coşğu ilə qarşıladı".

"Sherg.az" xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. O, Rəmişlə son görüşündən də bəhs edib:

"Rəmişi 20 gün əvvəl ziyarət etdim. Ondan öncə Qarabağa getmişdim. Dedim ki, sağal səni Qarabağa aparaq. Günlərlə gözünü açmayan Rəmiş gözlərini açdı, əlimi sıxdı. Arzusu Qarabağa, Ağdama getmək idi. Əsas odur ki, torpaqlarımızın qaytarıldığını bildi".

M. İbrahimov sənətkarın xəstəliyindən də danışıb:

"Onda xroniki ağciyər iltihabı var idi, halı olmurdu. Son günlər isə koronavirusa yoluxub. Virus xəstəliyini daha da şiddətləndirib. Sənətkarımızın ruhu şad olsun. Onun yeri cənnətdir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu