Almazdan yeni batareya hazırlandı:28 min il işləyir 

ABŞ-dakı bir batareya şirkəti, almaz və nüvə tullantılarından hazırlanmış, yenidən şarj edilmədən 28 min ilədək işləyə bilən bir batareya istehsal edib.
İstehsalçı şirkət Kaliforniyada yerləşən Nano Diamond Battery (NDB) batereyanı almaz və nüvə tullantılarından istifadə edərək yaratdıqlarını bildirib. 
Yenidən doldurulmadan 28 min ilə qədər çalışa bilən batareya kosmik tədqiqat aparmaq üçün əlverişli olacaq. Batareya gücünü almaz və nüvə tullantılarından, xüsusən də təkrar istifadə olunan radioaktiv izotoplardan əldə edəcək.

İzotopların yaydığı enerjini udmaq üçün batareyanı panelli nano-almaz təbəqələri əhatə edəcək. İzotopların, ümumiyyətlə, min illər ömrü olduğu üçün və almazlar mükəmməl istilik keçiriciləri olduğundan, batareyanın doldurulmağa ehtiyac olmadan enerji verməyə davam edəcəyi də açıqlanıb.

NDB-nin qurucusu Dr. Nima Qolşərifi, batareyanın istehsalının yüz illər istifadə edilə bilməklə yanaşı, nüvə tullantılarından da yaxşı bir şey üçün istifadə etməyin faydalı olacağını qeyd edib.

Qolşərifi, 9 il cib telefonlarında və digər elektron cihazlarda istifadə edilə bilən bir almaz batareyası da istehsal etdiklərini açıqlayıb. Həmin batareyanın 2023-cü ildə istifadəyə verilə biləcəyi açıqlanıb.

Batareyanın qiyməti maraqlı olsa da, istehsalında sintetik almaz və nüvə tullantılarının istifadə edilməsi onun ucuz olmayacağını göstərir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Ağarza Elçinoğlu Yazarın yazıları
menu
menu