"Mən Allahla oyun oynamıram. Yaratmısan, yaşat" 

Flora Kərimova aparıcının sualına fərqli cavab verib 

Son günlər sosial şəbəkələrdə Xalq artisti Flora xanım Kərimova ilə olan müsahibə yenidən gündəmə gəlib. 
Müsahibə bir neçə il öncə ANS kanalının aparıcısı Rövşanə tərəfindən götürülüb. Həmin müsahibə ötən ilin yanvar ayında bir yutub kanalına yerləşdirilib. 
Görünür, kimlərsə Flora xanımın verdiyi müsahibədən bir hissəni bilərəkdən götürüb əks-təbliğatla məşğuldur. 

Belə ki, aparıcının suallarını cavablandıran Flora xanım onun "Siz Allaha dua etmirsiniz" sualına "Mən rüşvət vermirəm! Mən Allahla barter oyunu oynamıram.

Mən yaradana demirəm ki, sən bunu elə, mən bunu eləyim. Mən tələb eləyirəm. Yaratmısan, yaşat" - deyə cavab verib. 
Onu da deyək ki, Flora xanımın bu sözləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Ağarza Elçinoğlu Yazarın yazıları
menu
menu