Qrip xəstəliyi pandemiya dönəmində ortadan qalxıb

Mövsümi qrip artıq müşahidə edilmir. Elm adamlarının gəldiyi qənaət bundan ibarətdir ki, qrip adı ilə tanınan respirator xəstəliklərə (yuxarı tənəffüs yolları xəstəlikləri)  yoluxma sayı dünya üzrə kəskin şəkildə azalıb, hətta yox olmaq dərəcəsindədir. Buna səbəb kimi 2019-cu ilin sonlarından etibarən koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri önə çəkilir. Söhbət heç də hazırda dünya ölkələrinin tətbiqinə başladığı vaksinasiyadan getmir. Əhalinin koronavirus qorxusu ilə aldığı önləmlər qrip virusuna yoluxma sayını əhəmiyyətli dərəcədə azaldıb. 

Türkiyənin Qazi Universitetindən bir qrup alim 2018 sentyabr – 2020 dekabr aralığında 2110 xəstədən alınmış 2940 yaxma nümunəsi üzərində araşdırma aparıb. Nəticə heyrətli olub; ötən il sentyabr, oktyabr, noyabr və dekabr aylarında heç bir qrip faktına rast gəlinməyib.

Bu, COVİD-19 pandemiyası müddətində mövsümi qripə yoluxma hallarının rekord dərəcədə azaldığını göstərir. Alimlər bildirir ki, Yerin cənub yarımkürəsində hər il milyonlarla insanı yatağa düşürən qrip xəstəliyi pandemiya dönəmində ortadan qalxıb.

Alimlər bunun səbəbini koronavirus pandemiyası ilə mübarizədə maska, məsafə və təmizlik kimi karantin qaydalarına əməl edilməsində görürlər. Məhz bu qaydalara riayət etmək qrip virusunun yayılmasını əngəlləyib. “Türkiyə də qripin tamamən bitdiyi ölkələr sırasındadır”, Qazi Universitetinin açıqlamasında bildirilir.

Qazi Universitetinin gəldiyi nəticəni dəyərləndirən Yoluxucu Xəstəliklər Dərnəyi başqanı, professor Mehmet Ceyhan qeyd edib ki, pandemiya müddətində qrip virusu ilə xəstələnmə faktı yalnız 10 gün əvvəl ortaya çıxıb.

COVİD-19 önləmləri sayəsində qrip xəstəliyinə demək olar, kimsə yaxalanmadı”. Xalq təbabəti üzrə professor Cavit Yavuz da “qripə yoluxmuş xəstə sayı sıfırlanmış vəziyyətdədir və belə bir mənzərəni kimsə təxmin etmirdi. COVİD-19-la bağlı tibbi maska, sosial məsafənin gözlənməsi və gigiyenik qaydalara əməl etmək kimi qabaqlayıcı tədbirlər qrip virusuna yoluxmanı önləmiş oldu”.

C.Yavuz “koronavirus qriplə birləşsəydi, daha ağır nəticələr olardı. Yaxşı ki, belə bir tablo qarşımıza çıxmadı”. Ankara Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, professor İsmayıl Balık, COVİD-19 önləmlərinin qripin yayılmasının qarşısını aldığını bildirərək “qrip yayılmaq üçün boşluq tapmır” deyib. Alim bu fikirdədir ki, hər kəsin orqanizmi qrip virusu ilə tanışdır. Ona görə də qripi atlada bilirik.

Lakin COVİD-19 virusu orqanizmə tanış deyil. Həm də bu virus daha artıq yoluxucudur. Orqanizmin bu virusla tanışlığının olmaması bizim dezovantajımızıdır.

Alimlərin gəldiyi nəticələrdən biri də qriplə koronvirusun artıq bir-birinə qarışmasıdır: “Rinovirus dediyimiz, boğazda yanma, burun axması, tez-tez səbir gətirmək kimi əlamətlərlə müraciət edən xəstələrin PCR testləri COVİD-19 olaraq qarşımıza çıxır. Bu durumda rinovirus ilə COVİD-19 bir-birinə qarışmış vəziyyətdədir, deyə bilərik.

Rinovrus şübhəsi ilə test edilən 12-13 nəfərdən yalnız 2-də COVİD-19 analizi neqativ çıxdı. Yuxarı tənəffüs yolları infeksiyası olan hər kəs, əksi isbat edilənədək COVİD-19 xəstəsi hesab edilə bilər”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu