ÜST-ün baş direktoru prezidentə təşəkkür etdi 

“BMT-nin İnsan Hüquqları Şurasında COVID-19 peyvəndlərinə bərabər, uyğun qiymətə, vaxtında və hamı üçün əlçatanlığın təmin edilməsi çağırışlarına liderlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “Twitter” hesabında yazıb.

“Peyvəndlərin ədalətli bölüşdürülməsinin təmin edilməsi üçün daha çox iş görməli olduğumuzla bağlı sizinlə razıyam”, - deyə ÜST rəhbəri bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu