Zibil atmaq üçün evdən çıxdı, Kürdə meyiti tapıldı

Mingəçevirdə meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Sherg.az" APA-a istinadən xəbər verir ki,  həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəmov oğludur. 

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi Ruslan Abbasov martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
R. Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M. Ə. Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu