Zaurdan Rəmişin arvadına dəstək: “Gülü, səni korona ilə hədələyirlər?!”

“Onsuz da Rəmiş dünyada rahat yata bilmədi. İmkan verək orda rahat uyusun”
Aparıcı Zaur Baxşəliyev bir neçə gün öncə dünyasını dəyişən xalq artisti Rafiq Hüseynovla ( Rəmiş) bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, o İnstaqramın “Story” bölməsində Rəmişlə xanımı Gülünün fotosunu paylaşaraq bunları yazıb:
“Bəzən deyirlər, filankəsin ağır günüdür. Rəmişin isə heç asan günü olmadı. Gülü onun  əsgəri idi, ömürlük xidmət etdi. Buna görə Gülüyə çox sağ ol deyən tapılmadı. Bəlkə, heç Rəmişin alın yazısı da yox idi. Rəmiş sadəcə nəfəs alırdı. Sanki Allah da ondan əlini üzüb, Gülüyə həvalə eləmişdi. Güllü bu həyatın "ədalət"idir. Allah səndən razı olsun yetər. Ağ  ölümün əlindən Rəmişi alan Güllü, indi səni korona ilə hədələyirlər?! Onsuz da Rəmiş dünyada rahat yata bilmədi. İmkan verək orda rahat uyusun”.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu