Ağdam Cümə məscidi ziyarət olundu 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.
APA-nın məlumatına görə, QMİ sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub. 
Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət edəcəklər.





Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu