KİV: Ukrayna Prezidenti Donbassa gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassa gedəcək.
APA-nın xəbərinə görə, bu barədə “RBK-Ukraina” öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna dövlət başçısının Donbasa səfəri aprelin 8-i və ya 9-da baş tutacaq. Səfərin detalları ilə bağlı başqa məlumat verilməyib.
Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu