Sərt tənqid: “AMEA büdcə və iqtisadiyyatımıza nə verir?!”

“Azərbaycan Milli Elmlər Akademiyasının ölkə iqtisadiyyatına nə xeyri var ?! Dövlət büdcəsindən ölkə üzrə elmə ayrılan vəsaitin çox hissəsi AMEA-ya gedir. Niyə?!”- Bunları iqtisadçı-ekspert Pərviz Heydərov deyib. 
 O, “Sherg.az”a açıqlamasında tənqidinin kökündəki arqumentlərini göstərdi: “ Bəziləri kimi statistik rəqəmlər gətirmək fikrində deyiləm. Hər şey məlumdur. Azərbaycanda elmə və təhsilə hər il çox pul ayrılmır. Amma həmin vəsait özü də boş yerə gedir. Bir daha sual edirəm, AMEA dövlət büdcəsinə və iqtisadiyyatımıza nə verir?! Pul elə bir şeydir ki, hara və hansı istiqamətə, xərcləyirsənsə, ən azı maya dəyəri məbləğində gəlir gətirməlidir. AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir?! Nəyə görə bu qurum özü-özünü maliyyələşdirə bilmir?! Bu elmi dərəcələr nə məna daşıyır?! Nəyə görə elmi dərəcəyə görə artıq pensiya məbləği ödənilir?! Nəsə icad edib və yaxud araşdırıb tapıbsa, o adama pul gəlməlidir də... Gəlmirsə, deməli, o adamın elmi dərəcə aldığı lazımsız bir şeydir... Qısası, Azərbaycan dünyanın bir parçasıdır. Və əyani şahidik ki, qlobal aləmdə nə baş verirsə dərhal, bizə təsir edir. Elmimiz də və elmi nailiyyətlərimiz də dünya elminə və texnologiyasına mənfəət gətirməlidir. Boş yerə vəsait ayrılmasının nə mənası var?! Təhsil-elm-istehsal-iqtisadi artım... Bunlar zəncirvari şəkildə biri-biriylə əlaqədar halqalardır.  Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyat ilə əlaqəli şəkildə mövcud deyil. Bu qurumlara, yəni təhsilə və elmə dövlətin vəsait ayırmasının nə mənası var?!”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu