Peskov: "“İskəndər”lə bağlı heç nə deyə bilmərəm" - Məsələdən yayınır! 

Kreml hələ də Azərbaycan hərbçilərinin Qarabağda aşkarladığı “İskəndər” operativ-taktiki raket kompleksinin raketinin qalıqları barədə məlumata malik deyil.
“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”, - deyə Kreml nümayəndəsi jurnalistlərin Qarabağda tapılan “İskəndər” raketi qalıqları barədə sualına cavab verib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu