“Rusların "sülhməramlı" olması mümkün deyil” – Çıxarılsınlar ! 

"Yalnız Rusiya silahlı qüvvələrinin balansında olan və ixracı olmayan 9M723 nömrəli "İsgəndər-M" ballistik raketin Azərbaycana atılması təsdiq edildiyinə görə, Rusiyanın məhv etmək istədiyi dövlətin ərazisində "sülhməramlı" missiyası yerinə yetirməsi mümkünsüzdür. Dərhal Azərbaycan tərəfi rus birliklərinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidir".
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Ələsgər Məmmədli şəxsi Feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, rusların ballistik raket atdıqları ölkəyə əlini-qolunu sallayaraq girib "sülhməramlı" olması mümkün deyil.
Ekspert sonda əlavə edib ki, Azərbaycan hökuməti dərhal beynəlxalq müstəviyə bu məsələni çıxarıb, rus birliklərinin Azərbaycanda olmasının legitimliyinin bu olay üzərinə bitdiyini bildirməlidir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu