"Lap Rəmiş kimi çalır" – Fenomen sənətçi xatırlandı

"Rəmiş 77 il yaşadı. Yarıəfsanə adam idi. Onun apardığı toylar gur və yaddaqalan olurdu. Məclislərdə Rəmişlə tanışlığı olanların danışdığı əhvalatlara xüsusi diqqətlə qulaq asardılar. Xalq zövqünü oxşayanlardan idi. Azərbaycanda gitara "kult"unu yaradan idi Rəmiş...".
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış araşdırmaçı jurnalist Xəqani Səfəroğlu şəxsi feysbuk hesabında paylaşıb. O, bildirib ki, uzun saçlı, qara eynəkli, əlində gitara tutmuş Rafiq Hüseynovun fotoları maşın salonlarını, bərbərxana divarlarını bəzəyirdi: " "Lap Rəmiş kimi çalır", "Rəmişin xallarını vurur"- Təzə gitara ifaçılarının eşitmək istədiyi təriflərdən biri idi, bu kəlmələr. 



Özü bunun fərqində deyildi. Müsahibələrində kələ-kötür danışığı ilə ifa etdiyi musiqinin ruhunu sözlərlə aça bilmirdi. Yalnız barmaqları ürəyindən keçən sözlərini melodiyaları ilə üzə çıxarırdı. İmporvizələri ilə fərqlənirdi.
Gitarasından səslənən "gözüm yaşla dolmasınmı?" mahnısında imporvizələri gözəldir. 
Çexlərin 40 il əvvəl arxivə atdıqları "Jolana"gitarasını Azərbaycanda "diri saxlayan" sonuncu mogikan idi. 
Rəmiş öldü. Gitarası qaldı. Melodiyaları ilə birgə...".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu