“Baktelecom”un rəhbəri dəyişib -  İdarəçilik kimə  həvalə olunub?

Şirkətə rəhbərlik Suleyman Əhmədova həvalə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - “Azərrabitəlayihə” MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.

"Sherg.az"xəbər verir ki, şirkətə rəhbərlik Suleyman Əhmədova həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.
(Report)

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu