Nigar Camal "ittiham" olunacaq


Tanınmış aktyor Fəridbəy Kərimov AzTV-nin “Agent 001” verilişinin aparıcılarından biri olacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, verilişdə dördüncü “agent” kimi çıxış edəcək.
Yeni “agent” AzTV-nin digər “agent”ləri ilə birlikdə Kamilə Babayevadan bu vaxta kimi heç kimin dilə gətirmədiyi ittihamlara cavabı verməsini istəyəcək.
Qeyd edək ki, ”Agent 001”in ilk buraxılışı martın 5-də yayımlanıb. Layihənin qonağı statusundan asılı olmayaraq – deputat, idmançı, aşpaz, müğənni, aktyor və s. – hər kəs ola bilər.
İlk qonaq peşəkar kikboksçu, 25 qat dünya çempionu Eduard Məmmədov olub.
Bu günə qədər gedən buraxılışlarda “Agent 001”in digər qonaqları aktrisa Mehriban Zəki, kinorejissor Ayaz Salayev və yazıçı İlqar Fəhmi kimi tanınmış simalar olub.
Aprelin 9-da efirə gedəcək buraxılışda isə “ittiham kürsüsü”ndə müğənni Nigar Camal olacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu