Zəngilanda 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.

O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: "İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu